"Çox kədərliyik, çünki finala çıxa bilmədik": Roberto Martines

“Oyunu kiçik detallar həll edəcəkdi.

 

Kiçik şansdan istifadə edən komanda üçün işlər yaxşı gedəcəkdi.

 

Futbolda bir komanda qalib gəlir, digəri uduzur. Önəmli olan futbolcuların son saniyəyə qədər mübarizə aparmaları idi”.

 

“Qafqazinfo” xəbər verir ki, bu sözləri dünya çempionatının yarımfinalında Fransaya uduzaraq, finala yüksələ bilməyən Belçika komandasının baş məşqçisi Roberto Martines deyib. İspan mütəxəssis turniri yaxşı şəkildə başa vurmağa çalışacaqlarını deyib:

 

"Bir künc zərbəsi belə üstünlük yaradır. Çox kədərliyik, çünki finala çıxa bilmədik. Futbolçularım yaxşı nəticə ilə mundialı tərk etməyə layiqdirlər. Əslində, oyuna yaxşı köklənmişdik. Nəticə əldə olmayanda üzülürsən".

Tarix: 11 İyul 08:48    Oxunub: 60    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 İyul 2018
20 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.