Yığmamız İrana yenə də böyük hesabla uduzdu

17 yaşadək futbolçulardan ibarət Azərbaycan və İran yığma komandaları arasında növbəti yoxlama oyunu keçirilib.

 

Sportinfo.az xəbər verir ki, Bakı Olimpiya Stadionunun məşq meydançasında keçirilən oyunu Orxan Məmmədov idarə edib.

 

Ona Rza Məmmədov və Mübariz Haşımov kömək edib. Dördüncü hakim funksiyasını Ziya Nəsirov yerinə yetirib.

 

Oyuna gəlincə, komandamız bu dəfə də böyük hesabla məğlub olub. İran yığması bu dəfə 4 cavabsız qola sevinib.

 

Bu komandalar arasında iyulun 7-də keçirilmiş ilk oyun da İran yığmasının 5:1 hesablı qələbəsi ilə yekunlaşmışdı.

 

Azərbaycan (U-17) - İran (U-17) 0:4
Baş hakim: Orxan Məmmədov
Köməkçi hakimlər: Rza Məmmədov, Mübariz Haşımov, Ziya Nəsirov

Tarix: 11 İyul 00:50    Oxunub: 139    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 İyul 2018
20 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.