Ronaldo artıq “Yuventus”da!

Portuqaliya yığmasının ulduzu Kristiano Ronaldonun uzun illərdi formasını geyindiyi Madrid “Real”ından ayrılığı rəsmiləşib.

 

Sportinfo.az xəbər verir ki, bu barədə İspaniya nəhənginin rəsmi saytı məlumat yayıb.

 

“Real” sözügedən oyunçunun “Yuventus”a keçmək arzusunda olduğu üçün ayrılmaq istədiyini və buna qarşı çıxmadıqlarını açıqlayıb.  İtaliya və İspaniya mətbuatı iki klubun 105 milyon avroluq təzminatla bağlı razılaşdığını iddia edir.

 

Portuqaliyanın “Sportinq” klubunun yetirməsi olan 33 yaşlı futbolçu “Real”a 2009-cu ildə İngiltərənin “Mançester Yunayted” klubundan transfer edilmişdi.

 

O, ikinci pillədəki Rauldan 303 oyun az keçirməsinə baxmayaraq, Madrid təmsilçisinin heyətində çıxdığı 438 qarşılaşmada 451 qol vurmaqla bu klubun ən çox qola imza atan futbolçusudu.

 

“Yuventus”Ronaldonun transferini rəsmən açıqlayıb. 33 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb. “Yuventus” Ronaldoya görə onun sabiq klubu “Real”a 100 milyon avro təzminat ödəyəcək.

Tarix: 11 İyul 00:10    Oxunub: 311    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 İyul 2018
20 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.