Fransa millisi dünya çempionatının finalına çıxdı

Rusiyada keçirilən dünya çempionatında bu gün ilk finalçının adı məlum olub.

 

Sportinfo.az xəbər verir ki, ilk yarımfinal görüşündə Fransa və Belçika yığmaları qarşılaşıb.


Dünya çempionatının favoritlərindən sayılan Fransa millisi 1/8 finalda Argentinanı, daha sonra Uruqvayı mübarizədən kənarlaşdırmışdı.

 

Belçika isə yarımfinala vəsiqə qazanmaq üçün Yaponiyanı və Braziliyanı məğlub etməli olub. Bu görüşün taleyini isə 1 qol həll edib. Fransızlar minimal hesabla qalib gələrək, mundialın ilk finalçısı olublar.

 

Fransa - Belçika 0:1

Qol: Samuel Umtiti, 51.
Hakimlər: Andres Kunya, Nikolas Taran, Maurisio Espinoza (hamısı Uruqvay) Sezar Ramos (Meksika)
Sankt Peterburq, “Sankt-Peterburq” stadionu

Fransa: 1. Uqo Loris (k), 2. Benjamin Pavar, 4. Rafael Varan, 5. Samuel Umtiti, 6. Pol Poqba, 7. Antuan Qrizmann, 9. Olivye Jiru, 10. Kilian Mbappe, 13. Nqolo Kante, 14. Blez Matuidi, 21. Lukas Hernandes.
Ehtiyat oyunçular: 3. Presnel Kimpembe, 8. Tomas Lemar, 11. Usman Dembele, 12. Korentin Tolisso, 15. Stiven Nzonzi, 16. Stiv Mandanda, 17. Adil Rami, 18. Nabil Fekir, 19. Cibril Sidibe, 20. Florian Toven, 22. Benjamin Mendi, 23. Alfonse Areola.
Baş məşqçi: Didye Deşam.

Belçika: 1. Tibo Kurtua, 2. Tobi Alderveyreld, 5. Vinsen Kompani, 5. Yan Vertongen, 6. Aksel Vitsel, 7. Kevin de Breyne, 8. Maruan Fellaini, 9. Romelu Lukaku, 10. Eden Azar (k), 19. Mussa Dembele, 22. Naser Şadli.
Ehtiyat oyunçular: 3. Tomas Vermaelen, 11. Yannik Karrasko, 12. Simon Minolye, 13. Kun Kastels, 14. Dris Mertens, 16. Torqan Azar, 17. Yuri Tilemans, 18. Adnan Yanuzay, 20. Dedrik Boyata, 21. Miçi Batşuayi, 23. Leander Dendonker.
Baş məşqçi: Roberto Martines.

Tarix: 11 İyul 00:00    Oxunub: 98    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 İyul 2018
20 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.