"Hələlik mən Azərbaycan futbolundakı reallıqların böyük hissəsini görə bilməmişəm"

"Hələlik mən Azərbaycan futbolundakı reallıqların böyük hissəsini görə bilməmişəm.

 

Çünki biz xaricdə təlim-məşq toplanışında idik". 

 

 

Sportinfo.az xəbər verir ki, bunu "Neftçi" klubunun baş məşqçisi Roberto Bordin repubblica.it nəşrinə açıqlamasında deyib.

 

53 yaşlı mütəxəssis özü kimi "Neftçi"nin də ambisiyalı olduğunu vurğulayıb: "Neftçi" yenidən zirvəyə qayıtmaq istəyir.

 

Çempionatın aparıcı komandaları olan "Qarabağ" və "Qəbələ" ilə eyni mövqedə durmağa can atır. İlkin hədəf zirvəyə qayıtmaqdır".  

 

Roberto Bordin "Neftçi"yə iyunun 8-də baş məşqçi təyin olunub. Paytaxt klubu onunla 2 illik müqavilə imzalayıb. 

Tarix: 10 İyul 20:24    Oxunub: 472    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 İyul 2018
22 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.