"Qarabağ"ı öyrənmək üçün kifayət qədər vaxtımız oldu"

“Qarabağ” sabah Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Olimpiya” (Sloveniya) ilə ilk oyununa çıxacaq.

 

Sportinfo.az xəbər verir ki, matçdan əvvəl “Olimpiya”nın baş məşqçisi İliya Stolitsanın mətbuat konfransı keçirilib.

 

Serbiyalı mütəxəssis “Qarabağ”la qarşılaşmanın çox çətin olacağını deyib: “Rəqibimizi öyrənmək üçün kifayət qədər vaxtımız oldu.

 

“Qarabağ”ın heyətində dəyişikliklər olduğundan xəbərimiz var. Azərbaycan təmsilçisi yüksək səviyyədə təşkilatlanmış komandadır.

 

Bu komandanın Çempionlar Liqasının qrup mərhələsində iştirak etməsi də təsadüf deyil. Bizi “Qarabağ”la çox çətin oyun gözləyir.

 

"Qarabağ" ötən mövsüm Azərbaycan çempionatında ən yaxın izləyicisini 16 xal üstələyib. Ona görə də çətin oyun olacaq.

 

Lakin bizi harada olduğumuzu görmək baxımından yaxşı sınaq gözləyir. Çalışacaq ki, özümüzü, fanatlarımızı məmnun edək".

 

Lyublyananın “Stojitse” stadionunda keçiriləcək “Olimpiya” - “Qarabağ” matçı Bakı vaxtı ilə 22:00-da başlayacaq.

Tarix: 10 İyul 17:12    Oxunub: 120    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 İyul 2018
20 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.