"Neftçi" Primera uğrunda mübarizə aparan Sequnda komandası səviyyəsindədi"

"Keçmiş komandam "Neftçi"nin "Sevilya" ilə Avropa Liqasının II təsnifat mərhələsində qarşılaşmağının mümkünlüyünü öyrəndikdə, inana bilmədim.

 

"Ramon Sançes Pisxuan" stadionunda ağlasığmaz oyun olacaq".

 

Sportinfo.az xəbər verir ki, bunu Cənubi Koreyanın "Seul E-Land" klubuna yenicə transfer olan İqnasio Errera "Estadio Deportivo"ya müsahibəsində deyib.

 

31 yaşlı çilili hücumçu "Neftçi" və "Sevilya" arasında aşkar fərqin olduğunu vurğulasa da, İspaniya klubunun arxayınlaşmamasının vacibliyini dilə gətirib:

 

"Fərq böyükdü. "Sevilya"nın istənilən oyunçusu "Neftçi"nin futbolçularından üstündü. Bu, hətta müqayisəyəgəlməzdir. Lakin "Neftçi" pis komanda deyil. Futbolda isə sürprizləri hər zaman görmək olar. Bu, dünya çempionatında da baş verir".

 

Errera "Neftçi"nin ev amilindən yararlanmasının mümkünlüyünü də diqqətə çatdırıb. Onun fikrincə, Bakıdakı görüşdə stadion tam dola və azarkeşlər böyük dəstək verə bilərlər:

 

"Ümidvaram ki, "Neftçi" gözəl oyunla birinci mərhələni keçə biləcək və "Sevilya"nın Bakıya səfəri Azərbaycanda böyük hadisəyə çevriləcək. İspaniya klubu aşkar favoritdir, amma indi heç kimə etibar etmək olmaz.

 

Xatırlayıram, ötən mövsüm yoxlama oyununda "Şalke" kimi komandaya qarşı layiqincə mübarizə aparmışdıq. "Neftçi" İspaniyada Primera uğrunda mübarizə aparan Sequnda komandası səviyyəsindədir. Düşünürəm ki, "Sevilya"ya qarşı sakit mübarizə aparacaqlar.

 

Çünki itirəsi bir şeylərinin olmadığını və bütün təzyiqin rəqib üzərinə düşəcəyini bilirlər. Bu amil Azərbayan tərəfinə əla imkan yaradacaq. Təəssüf ki, artıq heyətdə deyiləm. Bu məqamda "Neftçi"də olmamaq mənə ağır gəlir".

 

İqnasio Errera 2008-2009-cu illərdə İspaniyada "Betis"in B komandasında çıxış edib. O, 2017-ci ilin yanvarında transfer olunduğu "Neftçi"dən ötən ay ayrılıb. Errera ötən mövsüm 8 qolla "ağ-qaralar"ın bombardiri olub.

 

Flaqman Avroliqanın I təsnifat mərhələsində Macarıstan "Uypeşt"i ilə üz-üzə gələcək. İlk oyun iyulun 12-də "Dalğa Arena"da, cavab görüşü iyulun 19-da Budapeştdə olacaq. Cütün qalibi II təsnifat mərhələsində "Sevilya" ilə qarşılaşacaq.

Tarix: 10 İyul 16:36    Oxunub: 501    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 İyul 2018
20 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.