Abdullayev 2 illik müqavilə bağladığı “Panionios”dan qaçdı!

Yunanıstanın "Panionios" klubu ilə müqavilə imzalayan Araz Abdullayev Bakıya qayıdıb. 

 

Sportinfo.az xəbər verir ki, 26 yaşlı futbolçu yenicə müqavilə bağladığı Yunanıstan təmsilçisindən ayrılıb.

 

Abdullayev şəxsi problemlərini əsas gətirərək, Bakıya geri dönüb. Belə ki, Araz "Panionios"un heyətində cəmi bir məşq edib və məşçi ilə danışdıqdan sonra geri dönüb. 

 

Onun "Panionios" klubunun düşərgəsinə qayıtmayacağı dəqiqdir. O, şəxsi “instaqram” hesabında "Panionios"la bağlı paylaşdığı şəkli də silib. (futbol11.az)

 

Araz Abdullayev "Panionios"la 2 illik müqavilə imzalamışdı. Yunanıstan klubu Araza görə “Qəbələ”yə 80 min dollar ödəyib.

Tarix: 10 İyul 14:48    Oxunub: 450    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 İyul 2018
20 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.