Süleymanov çox xoflu adamdı

Nazim Süleymanov çox xoflu adamdı.

 

Bunu mənə futbolçular deyib.

 

Mən heç vaxt 1 futbolçunun dediyinə tam inanmıram. Amma bir neçə nəfər eyni fikirdədirsə, məsələ aydındı.

 

Süleymanov "Neftçi"də baş məşqçi işləyəndə futbolçuların gününü qara eləmişdi. Rəhbərlikdə təmsil olunan şəxslər futbolçularla təklikdə söhbət eləyəndə, Nazim Süleymanov kənardan müşahidə edərmiş.

 

Elə ki, söhbət qurtardı, futbolçuların qoluna girib soruşurmuş, "nə deyirdi sənə, məndən danışırdı?".


Bir dəfə demişəm, "Sumqayıt"ın baş məşqçisi Nazim Süleymanovla 3-4 ildi qohum olmuşuq. Bu 3-4 il ərzində Nazim Süleymanov ancaq araq içəndə qohumluq əlaqəsini yada salıb, məni doğma insan kimi qucaqlayıb.

 

Ayıq vaxtı isə Serj Sarkisyandan fərqlənməmişəm. Təzəlikcə eşitdim ki, qohum içkiyə tövbə eləyərək şəxsi avtomobilində Bakıdan Irana gedərək "Məşhədi" olub.Allah ziyarətini qəbul eləsin!

 

Deməli, Süleymanovun dilinə bir də araq dəyməyəcək. Və deməli, artıq qohumluq əlaqəmiz qüvvədən düşüb. Vsyo, qaqaş, azadam)

 

Ceyhun Rzayev

Tarix: 10 İyul 10:12    Oxunub: 182    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.