“Mənə güvəndiyi üçün xoşbəxt oldum, əlimdən gələni edəcəm”

Xəbər verdiyimiz kimi, millimizin hücumçusu Ramil Şeydayev yenidən "Trabzonspor”un düşərgəsinə qayıdıb.

 

Sportinfo.az xəbər verir ki, futbolçumuz hazırda Sloveniyada təlim-məşq toplanışında olan Trabzon təmsilçisinin heyətinə yeni mövsümə hazırlaşır.

 

O, özünü yaxşı tərəfdən göstərəcəyi halda, Super Liqa təmsilçisində qalacaq. Əks halda isə başqa bir kluba keçidi istisna edilmir.

 

Bu arada Şeydayev “Trabzonspor”un baş məşqçisi Ünal Karamana təşəkkür edib. 22 yaşlı hücumçu türkiyəli mütəxəssisə ona komandasının təlim-məşq toplanışında iştirak etməyə imkan yaratdığına görə minnətdarlığını çatdrıb: “Mənə güvəndiyi üçün xoşbəxt oldum. Əlimdən gələni edəcəm”.

 

Karamandan başqa klubla danışıqlar aparmağa getmək üçün 1 həfətlik icazə alan Şeydayev bu səfəri müsbət nəticələnməyəndən sonra “Trabzonspor”un Sloveniyadakı hazırlıq prosesinə qatılıb.

 

Tarix: 10 İyul 14:12    Oxunub: 282    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 İyul 2018
22 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.