Yeni baş məşqçi millimizin üzvünü icarəyə göndərir

U-21 millimizin yarımmüdafiəçisi Ozan Can Kökcünün "Bursaspor"da əsas heyətə düşmək şansı elə də real görünmür.

 

Sportinfo.az xəbər verir ki, "yaşıl timsahlar" 19 yaşlı vingeri icarəyə verəcək.

 

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Komandanın baş məşqçisi Samet Aybaba Ozan Canla Alper Adəmoğlunun icarəyə verilərək, təcrübə toplamalarını istəyir.

 

"Bursaspor"la 2021-ci ilə qədər müqaviləsi olan Kökcü ötən mövsüm qış fasiləsindən sonra Hollandiyanın "Valveyk" klubuna icarəyə verilmişdi.

Tarix: 10 İyul 13:24    Oxunub: 236    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 İyul 2018
22 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.