"Qarabağ" İtaliya yığmasının qapıçısını da transfer edir?

Hannes Halldorssonla Vaqner da Silvanı transfer edən "Qarabağ" daha bir qapıçını - Alessandro Yakobuççini transfer etmək istədiyi haqda xəbər yayılıb.

 

Sportinfo.az xəbər verir ki, bu barədə İtaliyanın "Tuttomercado" nəşri məlumat yayıb.

 

Məlumatda "Virtus Entella" ilə yollarını ayıran 27 yaşlı qapıçıya Ağdam klubunun təklif göndərdiyi qeyd edilib. "Parma"nın sabiq çərçivə qoruyucusuna Yunanıstanın "Olimpiakos" klubu da təklif ünvanlayıb.

 

Yakobuççinin "Olimpiakos"a keçəcəyi gözlənilir. Azad agent statusu daşıyan qolkiper "Parma" və "Siena" kimi klublarda çıxış edib. O, İtaliyanın U-20 yığmasında da forma geyinib.

Tarix: 10 İyul 12:24    Oxunub: 441    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 İyul 2018
20 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.