“Neftçi”nin 5 futbolçusu "Bravo"da

İyulun 10-da, saat 12:00-da Əhmədli qəsəbəsində yerləşən "Bravo Hipermarket”də “Neftçi”nin futbolçuları – Mirabdulla Abbasov, Namiq Ələsgərov, Rəhman Hacıyev, Kvame Karikari və Dario Frederikonun iştirakı ilə azarkeşlərlə görüş keçiriləcək.

 

Sportinfo.az xəbər verir ki, Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində iyulun 12-də, saat 21:00-da "Dalğa Arena”da keçiriləcək "Neftçi” – "Uypeşt” oyunu öncəsi baş tutacaq tədbirdə azarkeşlərlə xatirə şəkilləri çəkdiriləcək, imzalar paylanılacaq.

 

Qiyməti 1, 2, 5 və 20 (VİP yerlər) AZN təşkil edən biletləri "Dalğa Arena” və 8-ci km stadionlarının kassaları, həmçinin "Bravo Supermarket”in Babək, 20 yanvar və Əhmədli, "Rahat market”in isə "Neftçilər”, "Metropark” və "Baku MALL” (Qələbə dairəsi) mağazalarından əldə etmək mümkündü. Kassalar hər gün saat 10:00-dan 22:00-dək işləyir.

Tarix: 10 İyul 00:30    Oxunub: 497    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 İyul 2018
22 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.