"Mən elə hücumçuyam ki..."

“Proyssen”ə keçməkdə məqsədim daha yüksək liqada oynamaqdı.

 

Çünki belədə yenidən Azərbaycan millisinə yolum açılar”.

 

Sportinfo.az xəbər verir ki, bunu yığmamızın sabiq hücumçusu Rüfət Dadaşov deyib.

 

Bu yay III Bundesliqa təmsilçisi “Proyssen”ə transfer olunan hücumçu yerli mətbuata açıqlamasında hədəflərindən bəhs edib. Dadaşov kapitan Adriano Qrimaldi ilə rəqabətdən çəkinmədiyini söyləyib:

 

“Komandada yaxşı rəqabət var. Baş məşqçi adlara yox, futbolçunun formasına baxır. Qrimaldi fərqli keyfiyyətlərə malik hücumçudu.

 

Mən elə hücumçuyam ki, topla çox oynamağı, matç zamanı yarımmüdafiəçilərlə daim bağlantıda olmağı və onlardan istifadə etməyi xoşlayıram. Qapalı müdafiəyə qarşı oynamağı da bacarıram”.

 

Rüfət Dadaşov ötən mövsüm “Dinamo”nun heyətində Regionalliqada meydana çıxdığı 25 oyunda 25 qola imza atıb.

Tarix: 9 İyul 20:36    Oxunub: 735    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 İyul 2018
22 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.