Avropada “Real”, Azərbaycanda “Qarabağ”

Çempionlar Liqasının sabah start götürəcək təsnifat mərhələləri ərəfəsində turnirin ümumi cədvəli açıqlanıb.

 

Sportinfo.az xəbər verir ki, UEFA-nın siyahısında 1955-ci ildən cari mövsümədək qitənin ən nüfuzlu klub turnirində yer alan komandalar qərarlaşıb.

 

Əvvəl Çempionlar kuboku, sonradan Çempionlar Liqası adlanan yarışın arxada qalan 63 mövsümündə 511 klub mübarizə aparıb. İştirakçılar arasında ən yaxşı nəticə “Real”a məxsusdu.

 

İspaniya təmsilçisi 48 mövsümdə 13 kubok qazanıb və keçirdiyi 423 matçda hesabına 254 qələbə, 74 heç-heçə və 95 məğlubiyyət yazıb. 942 qol vurub, 458-ni buraxan Madrid təmsilçisinin ən yaxın izləyiciləri “Bavariya” və “Barselona”dı.

 

 

Yarışın 511 iştirakçısından 7-si Azərbaycanı təmsil edir. Ən yaxşı nəticə Avropada 115-ci olan “Qarabağ”a məxsusdu.

 

Ağdamlılar oyun, qələbə, heç-heçə, vurulan qol, top fərqi və xal sayında bütün komandalarımızı qabaqlayır.

 

Qitənin 165-cisi olan “Neftçi” turnirdəki iştirak sayında Azərbaycan təmsilçiləri arasında liderdi. Digər klublarımız isə siyahının ikinci yarısında yer alıb.

 

yer

komanda

mövsüm

O

Q

H

M

T/F

X

115

Qarabağ

4

24

9

8

7

24-23

26

165

Neftçi

6

18

5

5

8

14-32

15

264

Bakı

2

6

2

2

2

7-8

6

290

İnter

2

6

1

3

2

3-5

5

384

Şəmkir

2

6

1

0

5

6-11

2

385

Kəpəz

2

4

1

0

3

4-9

2

411

Xəzər Lənkəran

1

2

0

1

1

2-4

1

 

Qeydlər: 1. Qələbəyə görə 2 xal prinsipi ilə hesablanıb. 2. “İnter” indi “Keşlə” adlanır (apasport.az).

Tarix: 9 İyul 20:24    Oxunub: 449    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 İyul 2018
22 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.