"Vətən"də iyrənc olay: Uşağa ayaqqabısını öpdürüb, videosunu yaydı

Bakıda fəaliyyət göstərən “Vətən” Futbol Məktəbində xoşagəlməz hadisə yaşanıb.


Sportinfo.az xəbər verir ki, burda uşaqlar döyülür, təhqir olunur, sonra da videoya çəkilərək uşaqlar arasında yayılır.


Bu iddia ilə jurnalist Günay Arda çıxış edib. Övladını “Vətən”ə əmanət edən valideyn uşağının başına gələnləri belə nəql edir:


“”Bakucity” adı ile Minskə getmişdik. Orda olanda Rəsul adlı biri oğlumu döyüb. Sonra ayaqqabısını öpdürərək videoya çəkib. Uşaq bizdən bu hadisəni gizlədib. Döyən və çəkən uşaqlar videonu başqaları arasında yayıblar.


Biz ancaq başqa uşaqlar oğlumu ələ salanda xəbər tutduq. Müəllim Samir Əbdürrəhmanov  isə deyir ki, olur belə şeylər, çox dərinə getməyin”.


Uşağının ciddi psixoloji travma aldığını söyləyən valideyn Samir Əbdürrəhmanovla söhbət edərkən məşqçi heç kimdən çəkinmədiyini söyləyib. O, AFFA-nın Məşqçilər Komitəsinin sədri olan dayısı Vaqif Sadıqova güvəndiyini bildirib.


Günay xanım məsələ ilə bağlı Prokurorluğua müraciət edəcəklərini bildirib. Onun sözlərinə görə, məlum videodan müəllimin də xəbəri var, bütün uşaqların valideynlərinin də.

 

İyrənc olayların cərayən etdiyi “Vətən”in prezidenti Mustafa Həsənovdur. Sözügedən məktəb Təhsil Nazirliyi tərəfindən maliyyələşir və illik büdcəsi iki milyon manata bərabərdir.


Gənclərdən ibarət Azərbaycan millisinin sabiq üzvü olan Samir Əbdürrəhmanov futbolçu karyerası ərzində “Şəfa”, “Dinamo- Bakı”, “İnter”, “Masallı” və “Bakı” kimi klublarında çıxış edib. 2006-cı ildə futbolçu karyerasını başa vuran Əbdürrəhmanov məşqçi kimi fəaliyyət göstərib.

Tarix: 9 İyul 19:36    Oxunub: 865    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 İyul 2018
20 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.