"Neftçi"dən qaçan erməni Maşallahın müdafiəsinə qalxdı

Keçmiş SSRİ-nin futbol veteranları Maşallah Əhmədovun həbsdən buraxılması ilə bağlı ölkə prezidenti cənab İlham Əliyevə müraciət ünvanlayıblar. Sportinfo.az xəbər verir ki, bir nüsxəsi də "Futbol+" qəzetinə göndərilən açıq məktubda Əhmədovun 60 illik həyatında ilk dəfə səhv etdiyi vurğulanır, məhkəmənin işə yenidən obyektiv baxmaqla cəzanı yüngülləşdirməsi xahiş edilir.

 

Məktubda Maşallah Əhmədov müsbət xarakterə malik insan, istedadlı futbolçu kimi təqdim edilib, onun bu cəzaya layiq olmadığı bildirilib. Məktub müəllifləri arasında Oleq Bloxin, Valeri Qazzayev, Yuri Syomin, Hacı Hacıyev kimi tanınmışlarla birlikdə erməni futbolçu Eduard Markarovun da olması maraqlı məqamdı.

 

"Neftçi" futbol məktəbinin yetirməsi olan erməni Markarov vacib məqamda Bakı klubunu İrəvan "Ararat"ına dəyişməsiylə yaddaşlarda qalıb. Məhkəmə Maşallah Əhmədovu biznes qurmaq üçün daş almaq və övladını işə düzəltmək adıyla vətəndaşa külli miqdarda zərər vurduğu üçün 8 il azadlıqdan məhrum edib.

Tarix: 16 Fevral 14:12    Oxunub: 378    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

28 İyul 2017
27 İyul 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.