Millimizin üzvünün klubda qalıb-qalmayacağı bəlli deyil

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev "Trabzonspor”un düşərgəsində məşqlərə başlayıb.

 

Sportinfo.az xəbər verir ki, Avstriyanın “Mattersburq” klubuna keçidi baş tutmayan futbolçu Trabzon təmsilçisinin Sloveniyada baş tutan məşqlərində iştirak edir.

 

Son mövsümü icarə əsasında “Qarabağ”da keçirən oyunçu ötən gündən etibarən komanda ilə birgə çalışmalara start verib.

 

Şeydayev baş məşqçi Ünal Karamanın istəyi ilə düşərgəyə cəlb edilsə də, onun klubda qalıb-qalmayacağı bəlli deyil. 22 yaşlı hücumçu ilə bağlı yekun qərar Sloveniya toplanışından sonra veriləcək.

 

“Zenit”dən transfer olunan hücumçunun “Trabzonspor”la müqaviləsi 2020-ci ildə başa çatır. Şeydayevin illik qazancı 400 min avro təşkil edir.

Tarix: 9 İyul 11:36    Oxunub: 94    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.