Sənə lazım idi o? Ağlayır, belə cəhənnəmə ağlayır, gora ağlasın!

11 il əvvəl milli komandamız Bakıda Serbiyaya 1-6 hesabıyla uduzdu.

 

6-cı topdan sonra hündürboy, iricüssəli, idmançı görkəmli 30 yaşlarında oğlan hönkür-hönkür ağlamağa başladı.

 

Tez operatorumun böyründən vurdum ki, ala, oyunun başını burax, ağlayan oğlanı çək. Əlqərəz, süjeti hazırladım. Efirə verən kimi türk müdir otağına çağırdı. 


- Bana o adamı bulacaksın.
- Kimi?
- Ağlayan adamı. Baksana buna. Çok muhteşem bi görüntü. Bu adamı istiyorum. Onu bulup röportaj yapman lazım. 
- Abi, nerden bulayım? Adamı tanımıyorum ki. Koskoca şehir, onu bulmam imkansız.
- Sana 1 hafta süre verdim. Haydi, git ara.

 

Əstəğfirullah, işə düşdüm də. Suyum süzülə-süzülə otaqdan çıxdım. Indi özümü necə danlayıram, ilahi? Ay Ceyhun, sənə lazım idi o kadr? Ağlayır, belə cəhənnəmə ağlayır, gora ağlasın. A kişi, sən stadiona futbola görə getmişdin, ya ağlayan adam axtarmağa? Di get, görüm, hardan tapacaqsan onu.

 

Özlüyümdə fikirləşirəm ki, bir neçə günə müdir unudar mövzunu.

Həmin axşam işdən çıxıb avtobusa mindim. Ayaqüstə dayanmışam. Arxadan çiynimə kimsə toxundu. Çevriləndə hündürboy oğlan gördüm. Salam verdi, mən də aldım.
- Çox sağ ol, Ceyhun.
- Anlamadım. Neyləmişəm ki?
- Dünən məni televizorda göstərdin.

 

Bir anlıq donub qaldım. Diqqətimi cəmləyib üzünə baxanda əmin oldum ki, odur. Sanki möcüzə baş verdi. Indiyə kimi xatırlayıram.

 

Bərk-bərk qucaqlayıb, özümə sıxdım, üzündən öpdüm. Dedim, televizora çıxan oğlanların hansından əskiksən? Qardaşın səni sabah da televizora çıxardacaq.

 

Ceyhun Rzayev

Tarix: 9 İyul 10:12    Oxunub: 211    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.