Fazil Məmmədovun adamı olan klub prezidentindən növbəti fırıldaq!

“Şəmkir”in prezidenti Elvin Səfərli barədə hüquq-mühafizə orqanlarına şikayət daxil olub.

 

Sportinfo.az xəbər verir ki, Elmixan Mehdiyev adlı şəxs Bakı şəhər Baş Polis İdarəsinə şikayət edərək bildirib ki, 2016-cı ilin sentyabr ayında Elvin Murğuz oğlu Səfərli ondan dələduzluq yolu ilə 166 min manat pulunu alıb.

 

Polis İdarəsində daxil olmuş ərizə araşdırılıb və cinayət işinin başlanması üçün aidiyyatı üzrə Nəsimi RPİ-nə göndərilib. Artıq Nəsimi RPİ-də faktla bağlı cinayət məcəlləsinin 178 (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.


Əgər E. Mehdiyevin Elvin Səfərli ilə bağlı şikayəti sübut olunarsa o zaman klubun direktoru həbs oluna bilər.

 

“Şəmkir”in prezidenti Elvin Səfərlinin son vaxtlar maliyyə sıxıntıları yaranıb və hətta futbolçuların maaşlarını da verməyib. E.Səfərli həmçinin Gəncə Beynəlxalq Xəstəxanasına sponsorluqdan imtina edib.

 

Gəncə Beynəlxalq Xəstəxanasının keçmiş Vergilər naziri Fazil Məmmədova məxsus olduğu bildirilir. Yəni E. Səfərli Fazil Məmmədovun yaxın adamı kimi tanınıb.

 

Maraqlıdı ki, gənc klub rəhbəri artıq şəxsi “Facebook” hesabında da adını dəyişib. Özünə Edurd Paradeli adını götürüb.


Belə məlumatlar da dolaşır ki, E. Səfərli özünə məxsus bəzi obyektləri, karxana və restoranları satışa çıxardıb.

 

Üstəlik, bu ildən baza olaraq istifadə etmək üçün komandanın ixtiyarına verdiyi məkanı da geri alıb və başqalarına borc əvəzi verib.

Tarix: 9 İyul 10:00    Oxunub: 193    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 İyul 2018
20 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.