Azərbaycanlı gənclərin beynəlxalq turnirdə qazancı - 11

Türkiyənin İstanbul şəhərində sərbəst, yunan-Roma və qadın güləşi üzrə gənclər arasında "Çempionlar" adlı beynəlxalq turnir keçirilib.

 

Sportinfo.az xəbər verir ki, məlumatı Azərbaycan Güləş Federasiyasının saytı yayıb. 

 

21-ci dəfə baş tutan turnirdə iştirak edən Azərbaycan güləşçiləri ümumilikdə 11 medal qazanıblar. Böyük məşqçi Saypulla Absaidov və məşqçi Nazim Əlicanovun rəhbərliyi altında turnirdə iştirak edən sərbəst güləşçilər 2 gümüş və 5 bürünc medala sahib olublar. 

 

Yalnız final görüşündə məğlub olan Əliabbas Rzazadə (57 kq) və Elmar Kazımov (65 kq) gümüş medalla kifayətlənib. Bürünc medalları isə komandaya İntiqam Vəlizadə (61 kq), Hacımurad Hacıyev (70 kq), İsmayıl Abdullayev, Abubakr Abakarov (hər ikisi 74 kq) və Orxan Abbasov (79 kq) qazandırıb.

 

Sərbəst güləşçilər komanda hesabında turniri 3-cü sırada tamamlayıb.Böyük məşqçi Nurəddin Rəcəbovun rəhbərliyi altında Türkiyəyə yollanan yunan-Roma güləşçilərimiz isə 1 qızıl, 1 gümüş və 2 bürünc medala sahib olub.

 

Bütün rəqiblərindən üstün olan Zaur Nuriyev (63 kq) turnirinn qızıl medalını qazanıb. Yalnız finalda uduzan Kamran Mirzəliyev (67 kq) gümüş, Zaur Əliyev (55 kq) və Nəsir Həsənov (77 kq) isə bürünc medala sahib olub. Görüşlərin idarə edilməsində Azərbaycanı beynəlxalq dərəcəli hakim Vaqif Zeynallı təmsil edib.

Tarix: 9 İyul 14:36    Oxunub: 88    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.