Nicat Olimpiya oyunlarında iştirak hüququ qazanan 2-ci boksçumuz oldu

Azərbaycan millisi yeniyetmələrin 3-cü yay olimpiya oyunlarında 2 boksçu ilə təmsil olunacaq.

 

Sportinfo.az xəbər verir ki, oktyabda Argentina paytaxtı Buenos Ayresdə keçiriləcək “dördilllik”də daha bir təmsilçimiz iştirak hüququ qazanıb.

 

Olimpiadada ölkəmizin idman şərəfini Avropa çempionu Nurlan Səfərovla (60 kq) yanaşı, birinciliyin gümüş medalçısı Nicat Həsənov (69 kq) da qoruyacaq.

 

Bu, Rusiya yığmasının olimpiadaya həmyerlimizin çəki dərəcəsində boksçu aparmayacağını açıqladıqdan sonra rəsmiləşib.

 

Belə ki, İtaliyanın Rozeto-deli-Abrutsi şəhərində keçirilmiş Avropa birinciliyində şimal qonşularımızın 5 üzvü çempion olduğundan onlar Oyunlara eyni sayda da lisenziyaya yiyələnmişdilər. Lakin qaydalara görə yarışda hər ölkə maksimum 3 idmançı ilə təmsil oluna bilər.

 

Bu səbəbdən də rusların imtina etdikləri 2 çəkidən biri 69 kq olub. Həsənov da qitə birinciliyinin finalında Rusiya millisinin üzvü Cambulat Bijamova məğlub olduğundan Olimpiadada iştirak hüququ boksçumuza verilib.

 

Oyunlara Avropa qitəsi cəmi 9 boksçu ilə qatılacaq. Buenos Ayresə Rusiya 3, Azərbaycanla İtaliya hərəyə 2, Ukrayna və Macarıstan isə hərəyə 1 idmançı ilə yollanacaq.

Tarix: 9 İyul 00:50    Oxunub: 107    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.