“Xan Lənkəran”ın büdcəsi əlli min manata yaxınlaşır

"Xan Lənkəran" kütləvi hissə satışları ilə bağlı prosesə start verib.

 

Sportinfo.az xəbər verir ki, nəticədə iyulun 3-də “yaşıllar”ın 400 bütöv hissəsi satılıb.

 

Qarşıdakı günlərdə klub rəhbərliyi hazırda 46340 manat təşkil edən büdcəni razılaşdırılmış satışlarla iki-üç qat artırmağı planlaşdırıb.

 

Yeri gəlmişkən, "Xan Lənkəran"ın İdarə Heyətinin iclasında hissə satışı kampaniyasına qoşulmaq istəyən futbolsevərlərin müraciətləri nəzərə alınıb. Nəticədə ianə və hissə satışlarının 1-ci mərhələsi iyulun 15-dək uzadılıb.

 

Əvvəlki qərara əsasən, hissə satışlarının ilk mərhələsi ayın 3-də başa çatmalıydı. İlk mərhələdə “Xan Lənkəran” 4000 hissəni satışa çıxarıb. Hissələrin birinin qiyməti 100 manat təşkil edir. Artıq satışa çıxarılmış hissələrin 11,5 faizi satılıb.

Tarix: 9 İyul 00:30    Oxunub: 567    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 İyul 2018
22 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.