Riçard Almeyda Azərbaycan vətəndaşlığından imtina edib?

“Qəbələ”nin sabiq baş məşqçisi Roman Qriqorçukun çalışdırdığı “Astana” Çempionlar Liqasının I təsnifat mərhələsi üçün sifariş ərizəsini göndərib.

 

Sportinfo.az UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, ukraynalı mütəxəssis 21 futbolçunun xidmətindən yararlanacaq.

 

Onlar arasında “Qarabağ”dan “Astana”ya keçən Riçard Almeyda da var. Maraqlıdı ki, Qazaxıstan çempionunun yeni 20 nömrəsi braziliyalı futbolçu kimi sifariş olunub.

 

Halbuki 29 yaşlı orta sahə oyunçusu Azərbaycan vətəndaşlığını daşıyır və millimizin üzvüdü. “Astana” I təsnifat mərhələsində Monteneqro klubu “Sutyeska” ilə qarşılaşacaq.

 

Güman ki, bu, AFFA-dan qaynaqlanan problemdi. Federasiya ötən il milliləşdirilən futbolçuya xarici pasport düzəltsə də, belə anlaşılır ki, sənədlərini hələ qaydasına sala bilməyib. Belədə Almeyda ona doğma olan Braziliya pasportundan istifadə edib. 

Tarix: 8 İyul 19:50    Oxunub: 575    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.