Millimizin sınaq matçının tarixi dəyişdirildi

Xəbər verdiyimiz kimi, 19 yaşadək futbolçulardan ibarət milli iyulun 5-dən Bakıda təlim-məşq toplanışına başlayıb.

 

Sportinfo.az xəbər verir ki, toplanış çərçivəsində millimizin “Keşlə” (əvəzedici), “Qəbələ” (əvəzedici), MOİK və “Şüvəlan”la yoxlama oyunları nəzərdə tutulub.

 

“Keşlə”nin əvəzediciləri ilə nəzərdə tutulan oyunun vaxtında dəyişiklik edilib. Vüqar Məmmədin baş məşqçisi olduğu komanda bu rəqiblə iyulun 15-də yox, 14-də üz-üzə gələcək. Oyun Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında reallaşacaq və saat 18:30-da start götürəcək.

 

Məlumat üçün bildirək ki, 19 yaşlılarımız 18 və 21 iyulda “Qəbələ” (əvəzedici), iyulun 24-də MOİK, 27 iyulda isə “Şüvəlan”la yoxlama oyunları keçirəcək.

Tarix: 8 İyul 19:24    Oxunub: 148    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.