Azərbaycandan qaçıb getdi

Daha bir azərbaycanlı futbolçu Türkiyənin BAL liqasında çıxış edəcək. 

 

Sportinfo.az xəbər verir ki, bu, son klubu MOİK olan Qərib İbrahimovdu.

 

Peşəkar karyerasına "Bakılı"da başlayan 29 yaşlı yarımmüdafiəçi "Aydınspor"la 1 illik müqavilə bağlayıb. 


Vaxtilə Azərbaycanın 19 yaşlılardan ibarət yığmasının şərəfini qoruyan tovuzlu oyunçu son vaxtlar bəxti heç xətirmir. Qərib ötən mövsümün ikinci yarısını boşa verib. MOİK rəhbərliyi ilə arasında yaranan problem üzündən.

 

Belə ki, rəsmilər adına min söz çıxartdıqları İbrahimovu zorla burda saxlayıb, başqa kluba keçməsinə imkan verməyib. Müqaviləsinin davam etməsini əsas gətirərək.

 

Və o, bu müddətdə 150 manat maaşla vaxtını keçirmək məcburiyyətində qalıb. Halbuki "Xəzər"dən dəvəti var idi, MOİK 8000 manat təzminat istədiyindən, danışıqlar baş tutmadı.

Tarix: 8 İyul 19:11    Oxunub: 624    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 İyul 2018
22 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.