Azərbaycanlı futbolçu Rusiya yığmasındakı karyerasını bitirdi

Azərbaycanlı futbolçu Aleksandr Səmədov Rusiya yığmasında kareyasının bitdiyini bildirib.

 

Sportinfo.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi bunu dünən Xorvatiyaya qarşı keçirilimiş dünya çempionatının ¼ finalından sonra deyib:

 

“Artıq qərar vermişəm. Qərara gəldim ki, bu mənim Rusiya yığmasında son oyunumdu”.

 

A.Səmədov Rusiya yığmasında 53 oyun keçirib və 7 qol vurub. Milli komandada o, 2011-ci ildə debüt edib. DÇ-2018-də Aleksandr Rusiya yığmasının beş oyunun hamısında meydana çıxıb.

 

O bildirib ki, artıq yığmadan getmək vaxtıdır. Səmədovun fikrincə, millinin onurğa sütununun saxlanılacaq və gələcək yarışlar üçün müəyyən təkan baş verəcək.   

 

2011-ci ilə qədər o, dəfələrlə Azərbaycan yığmasına dəvət alsa da, Rusiyanı seçib. Atasının təkidi ilə. Belə ki, əslən gəncəli olan Səmədov ilk dəfə 2002-ci ildə yığmamızın maraq dairəsinə düşüb və Finlandiya ilə Bakıda keçiriləcək matçdan öncə komandamızın düşərgəsində yer alıb, məşqlərdə iştirak edib.

 

Gəl ki, ovaxtkı AFFA rəhbərliyi ilə dil tapmayaraq, Moskvaya dönüb. Sonradan Saşaya Bakıdan çoxsaylı zənglər olsa da, o, yaşadığı ölkəni seçib və bunun üçün düz 8 il gözləyib.

Tarix: 8 İyul 16:35    Oxunub: 163    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.