Millimizin hücumçu klubunda qalsa, 400 min avro maaş alacaq

Ötən mövsümü icarə əsasında “Qarabağ”da keçirən Ramil Şeydayevin “Mattersburq”a keçidi baş tutmayıb.

 

Sportinfo.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə mətbuatı yayıb.


 Bildirilir ki, “Trabzonspor” gənc forvarda özünə yeni klub tapmaq üçün icazə vermişdi. Lakin Azərbaycan millisinin hücumçusunun onunla maraqlanan komandalarla danışığı müsbət nəticələnməyib.

 

Məhz bu üzdən 22 yaşlı forvard müqavilə ilə məxsus olduğu “Trabzonspor”a qayıtmaq qərarına gəlib. Ramil "bordo-mavililər”in Sloveniyadakı toplanışına qatılıb. Lakin onun karyerasını harda davam etdirəcəyi hələ də bəlli deyil.


Bu arada “Trabzonspor”un futbolçularının illik məvacibi açıqlanıb. Yerli futbolarena.com saytının məlumatına görə, Şeydayev “bordo-mavililər”də qalsa, ilinə 400 min avro maaş əldə edəcək.

 

Bu isə komandada ən aşağı 4-cü göstəricidi. Şeydayev yalnız Kamil Çörəkçi, Abdulkadir Ömür və Yusuf Yazıcını qabaqlayır.


Qara dəniz təmsilçisində ən yüksək məvacibli oyunçu Burak Yılmazdı. Türkiyə millisinin hücumçusu il ərzində 3 milyon 550 min avro qazanır.

 

Tarix: 8 İyul 15:30    Oxunub: 380    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.