Güləşçimiz Sərxan Məmmədov DÇ-də gümüş medal qazandı

Xorvatiyanın Zaqreb şəhərində yeniyetmə güləşçilərin Dünya çempionatı davam edir.

 

Sportinfo.az xəbər verir ki, beşinci yarış günündə 48, 55, 65, 80 və 110 kq çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.

 

Ən ağır çəkidə mübarizə aparan Sərxan Məmmədov (110 kq) ardıcıl olaraq Hindistan, Polşa və Çexiya təmsilçiləri üzərində tam üstünlüklə qələbə qazanıb və finala yüksəlib. Finalda Türkiyə idmançısına uduzan Sərxan çempionatın gümüş medalına yiyələnib.

 

48 kq
1/8 final - İslam Aliev (RUS) - Nihad Quluzadə 9:4
1/16 final - Nihad Quluzadə - Denis Demirov (BUL) 12:5

 

55 kq
Təsəlliverici görüş - Murad Abbasov - Niklas Oehlon (SWE) 0:3
Təsəlliverici görüş - Murad Abbasov - Antonios Parotsidis (GRE) 8:1
1/8 final - Giorgi Pertaia (GEO) - Murad Abbasov 7:1
1/16 final - Murad Abbasov - Hunter Levis (USA) 11:9

 

110 kq
FİNAL - Sərxan Məmmədov - Muhammet Bakir (TUR) 0:8
1/2 final - Sərxan Məmmədov - Marcel Albini (CZE) 12:1
1/4 final - Sərxan Məmmədov - Tomas Jacek (POL) 11:2
1/8 final - Sərxan Məmmədov - Narinder Cheema (İND) 9:1

Tarix: 8 İyul 00:10    Oxunub: 84    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.