"Məndə müsbət rəy yaratdı”

16 yaşadək futbolçulardan ibarət yığmanın Bakıda təşkil olunmuş 10 günlük təlim-məşq toplanışı başa çatıb.

 

Sportinfo.az xəbər verir ki, hazırlıq müddətində 3 yoxlama oyunu keçirən komandanın baş məşqçisi Azər Məmmədov toplanışla bağlı “affa.az”a fikirlərini bildirib:

 

“Bu təlim-məşq toplanışı məndə müsbət rəy yaratdı. Əsasən texniki-taktiki çalışmalara üstünlük verdik, 3 yoxlama matçı keçirdik.

 

Futbolçuların güclü komandalarla qarşılaşmada necə təsir bağışladığını görmək üçün rəqib qismində yaşca daha böyük kollektivləri seçdik.

 

U-17 milli komandamızla yanaşı, 4-5 yaş böyük futbolçulardan qurulmuş “Keşlə” və “Sabah”ın əvəzedici heyəti ilə qarşılaşdıq.

 

Hər üç oyunda məğlub olmağımıza baxmayaraq, futbolçular özlərini yaxşı tərəfdən göstərməyə çalışdılar. Müsbət keyfiyyətlərlə yanaşı mənfiləri də gördük.

 

Təlim-məşq toplanışlarının sayını artırmağa çalışacağıq. Çünki bu uşaqlarla nə qədər çox bir yerdə olsaq, onlardan nə istədiyimizi daha çox anlayacaqlar”.

Tarix: 6 İyul 17:12    Oxunub: 160    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.