"Təsəvvür edirəm ki, prezident onu razı salmaq üçün hansı işləri görüb"

"Astana"nın baş məşqçisi Roman Qriqorçuk Azərbaycan millisinin futbolçusu Riçard Almeydanın komandaya transferi ilə bağlı danışıb. 

 

Sportinfo.az xəbər verir ki, 53 yaşlı mütəxəssis Almeydanı yaxşı tanıdığını söyləyib. 

 

"Milliləşdirilmiş braziliyalı "Qarabağ"ın heyətində klubun uzun müddət liderlərindən biri olub və sonradan Azərbaycan yığmasında çıxış edib.

 

"Astana"ya rəhbərlik edəndən sonra qarşıda duran vəzifələri həll etmək üçün anlayırdım ki, komandanın gücləndirilməsi tələb olunur.

 

Təsəvvür edirəm ki, klubun prezidenti Sayan Hamitjanov futbolçunu razı salmaq üçün hansı işləri görüb. Bu futbolçu uğrunda mübarizədə "Astana"nın ciddi rəqibləri var idi. Lakin paytaxt klubu onunla müqavilə bağlamağı bacardı" deyə Qriqorçuk bildirib.

 

Qazaxıstan klubu Riçard Almeydadan başqa, Serbiya yığmasının futbolçusu Antonio Rukavinanı da heyətinə qatıb. 

Tarix: 5 İyul 13:12    Oxunub: 467    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.