Dünya çempionatının seçmə oyunu zamanı kütləvi dava - VİDEO

Filippin və Avstraliyanın basketbol yığmaları arasında keçirilmiş dünya çempionatının seçmə oyununda kütləvi dava baş verib.

 

Sportinfo.az xəbər verir ki, insident üçüncü hissədə avstraliyalı Deniel Kikkertin rəqibə zərbəsindən sonra yaşanıb.

 

Nəticədə iki komandanın oyunçu və məşqçi heyəti toqquşmada iştirak edib. Münaqişənin səbəbkarı daha çox xəsarət alıb. Kikkerti hətta yerə uzanıqlı vəziyyətdə də döyüblər.

 

Avstraliyalı basketbolçu davanın qarşısını almağa cəhd etdikdə onun başına stul atıblar. Kütləvi toqquşma ilə əlaqədar meydandan 13 basketbolçu qovulub.

 

Bundan sonra meydanda Filippin yığmasının 3, Avstraliyanın isə 5 basketbolçusu qalıb. Bir neçə dəqiqə sonra daha 2 filippinli meydandan qovulub və oyunu Avstraliya 89:53 hesabı ilə öndə olduğu vaxt dayandırmaq lazım gəlib. 

 

Tarix: 4 İyul 17:00    Oxunub: 87    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.