Ağayev millinin üzvlərinə dərs keçdi və hədiyyə aldı - FOTOLAR

FİFA referisi Əliyar Ağayev Bakıda təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvlərinə seminar keçib.

 

Sportinfo.az xəbər verir ki, referi yığmanın üzvlərinə oyun qaydaları haqda məlumat verib, futbolçuların suallarını cavablandırıb.

 

Sonda Ağayevə milli komandanın forması hədiyyə edilib. İyunun 20-dən Bakıda təlim-məşq toplanışında olan U-17 İranın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoldaşlıq oyunu keçirəcək.

 

Komandalar iyulun 7-də “Dalğa Arena”da, iyulun 10-da isə Bakı Olimpiya Stadionunda üz-üzə gələcək. Hər iki oyun saat 20:00-da başlayacaq.

 

 
Tarix: 4 İyul 19:36    Oxunub: 277    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.