"Bizi indi nəticə maraqlandırmır, bu komanda ilə..."

Bakıda təlim-məşq toplanışını davam etdirən 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoxlama oyunu keçirib.

 

Sportinfo.az xəbər ki, “Keşlə”nin əvəzedici komandası ilə üz-üzə gələn U-16 0:1 hesabı ilə məğlub olub.

 

"Çalışırıq ki, futbolçularımız özlərindən yaşca böyüklərlə qarşılaşsınlar" - bu sözləri 16 yaşadək futbolçulardan ibarət yığmanın baş məşqçisi Azər Məmmədov deyib.

 

Millimizin çalışdırıcı futbolçulardan razı qaldığını deyib: “Bundan öncə U-17 ilə üz-üzə gəlmişdik. Düzdü, həm əvvəlki, həm də bu oyunda məğlub olduq.

 

Amma bizi indi nəticə maraqlandırmır. Əsasən, futbolçularda xarakter, mübariz keyfiyyətləri görmək istəyirəm. Futbolçular hər iki oyunda bu baxımdan özlərini yaxşı tərəfdən göstərdilər.

 

Rəqibin üzvləri futbolçularımızdan 4-5 yaş böyük olsa da, hamısından razı qaldım. Komandanın oyunu məni sevindirdi.

 

Bu komanda ilə gələcəyə nikbin baxmaq olar. Təbii ki, çatışmayan cəhətlər də var və o yöndə çalışacağıq. İyulun 4-də  “Sabah”ın əvəzedici komandası ilə qarşılacağıq”.

Tarix: 4 İyul 18:12    Oxunub: 219    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.