Azərbaycan millisinin futbolçusu rəsmən "Astana"da

"Astana" Azərbaycan millisinin futbolçusu Riçard Almeyda ilə müqavilə bağlayıb. 

 

Sportinfo.az xəbər verir ki, bu barədə Qazaxıstan klubunun rəsmi saytında bildirilir.

 

Lakin mərkəz yarımmüdafiəçi ilə müqavilənin müddət və detalları açıqlanmır. O, yeni klubuna azad agent qismində keçib. "Astana"nın baş məşqçisi "Qəbələ"dən ayrılan Roman Qriqorçukdu. 

 

Riçard Almeyda 2012-ci ildən "Qarabağ" formasını geyinib. O, 2017-ci ildə Azərbaycan vətəndaşlığını qəbul edərək, milli komandada debüt edib.

 

O, indiyədək yığmanın heyətində 8 oyuna çıxıb. Almeydanın "Qarabağ"la 2017-2018 mövsümünün sonunda başa çatan müqaviləsi uzadılmayıb. 

Tarix: 4 İyul 15:48    Oxunub: 130    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.