Azərbaycanın bölgə klubu sponsorsuz qaldı

Daha bir Divizion klubu süqutun astanasındadı.

 

Ötən mövsümü 28 xalla turnir cədvəlinin 9-cu pilləsində başa vuran «Ağsu» himayədarını itirib. «AzQranata» şirkəti Aran təmsilçisinə maliyə dəstəyini dayandırıb.

 

Əlində, «Ağsu» bu ilin əvvəlində, yəni, dövrələrarası fasilə zamanı çıxışına ara verə bilərdi. Çünki sözügedən şirkət həmin tarixdən etibarən klubla əlaqələrini kəsməyə başlayıb.


Bölgə komandasının taleyi indi Rövnəq Abdullayevlə Mikayıl İsmayılovun dialoqundan asılıdı. Çünki «Ağsu» SOCAR-ın vitse-prezidenti olan İsmayılovun kurasiyasındadı.


«Ağsu» son vaxtlar ən çox adı danışılmış oyunlarda hallanan divizion iştirakçılarından biridi. 6 ilə yaxındı mövcud olan klubun bir çox futbolçusu hazırda hüquq-mühafizə orqanlarının araşdırma obyektikidi  (Sportinfo.az).

Tarix: 2 İyul 15:48    Oxunub: 741    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.