"AFFA ilə danışmasam da, yəqin ki, də burdakı işimi davam etdirəcəm"

«Yeni mövsüm üçün başqa məşqçi axtarmırıq, Rüstəm Məmmədov öz postunda qalacaq».


Bu sözləri Sportinfo.az-a açıqlamasında «Zaqatala»nın prezideni Musa Qurbanov deyib.


Əyalət klubunun rəhbəri növbəti «futbol ili» ilə bağlı planlarını açıqlayıb. Onun bildirdiyinə görə, komandaya yeni sponsorlar cəlb etmək istəsələr də, bu, hələlik real deyil və yenə hər şey AFFA-nın göstərəcəyi maliyyə dəstəyindən asılıdı:

 

«Reallığı bilirsiz, iş adamları futbola pul buraxmaq istəmir. Əvvəlkitək AFFA-dan maliyyələşəcəyik. Bu gün üçün əsas məsələ Zaqaalada futbolu yaşatmaq, uşaq futbolunu inkişaf etdirmək və normal komanda yaratmaqdı.

 

Rüstəm müəllim gəncdi, amma öz üzərində çox çalışır, istəyir ki, işi görünsün. O, komandanı ötən mövsümün ortasında götürdü və qısa müddətdə yaxşı kollektiv yarada bildi. Biz ona böyük ümidlər bəsləyirik və inanırıq ki, «Zaqatala» gələn mövsüm daha yaxşı çıxış edəcək.

 

Yəqin ki, mənim özüm də burdakı işimi davam etdirəcəm. Hərçənd hələ AFFA rəhbərliyi ilə görüşüb, həm özüm, həm də klubla bağlı heç bir söhbət etməmişəm. Futbol bizim işimizdi. Bu gün çalışıb birtəhər vəziyyətdən çıxmalıyıq». 

 

Tarix: 1 İyul 20:16    Oxunub: 493    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.