Azərbaycan klubu Şimali Kipr çempionatında yarışacaq

Sabah Lefkoşada 2-ci beynəlxalq velosiped yarışı start götürəcək. Sportinfo.az xəbər verir ki, Şimali Kipr Türk Cümhuriyyətinin himayədarlığı ilə 16-18 fevralda baş tutacaq bu idman mübarizəsində 16 ölkəni təmsil edən 18 komanda iştirak edir. Bunların arasında Almaniya, Bolqarıstan, Fransa, İtaliya, Qazaxıstan, Makedoniya, Ukrayna, Səudiyyə Ərəbistanı, Azərbaycan, Türkiyə və başqa ölkələrin komandaları var.

 

Azərbaycanı bu yarışda bir çox beynəlxalq velosiped turlarında uğurlu çıxışı ilə yadda qalmış “Synergy Baku” komandası təmsil edir. Müxtəlif ölkələrdən gəlmiş velosipedçilərin “Yaşam sürdükcə... sürdükcə kəşf et” şüarı altında həyata keçirilən bu idman mübarizəsi dörd mərhələdən ibarətdi.

 

Beynəlxalq yarışmanın təşkilatçıları onun yadda qalması üçün maraqlı marşrut seçiblər. Belə ki, 250-yə yaxın idmançının iştirak edəcəyi və çoxsaylı qonaqların da izləyəcəyi yarış ölkənin paytaxtı Lefkoşadan start götürəcək və bir neçə mərhələdə (Karpaz limanı, Maqusa şəhəri, Girne şəhəri və Lefkoşa məhəlləsi) davam edəcək. Ümumi uzunluğu 182 kilometr olan marşrut Aralıq dənizinin mənzərəli sahillərini əhatə etməklə, gözoxşayan dağ ətəklərindən keçəcək və sonda tarixi-mədəni əhəmiyyəti danılmaz olan Lefkoşada yekunlaşacaq.

 

Təşkilatçılar tədbirin yaddaqalan olmasını təmin etmək məqsədiylə yarışın son günü üçün maraqlı mədəni proqram hazırlayıblar. Qaliblərin mükafatlandırılmasından sonra paytaxtda gerçəkləşəcək “Velosiped festivalı”nda müxtəlif idman “performans”ları nümayiş olunacaq, musiqi bayramı təşkil ediləcək.

 

Tarix: 15 Fevral 20:12    Oxunub: 229    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

17 Oktyabr 2017
16 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.