Millimizin hücumçusu Türkiyə klubundan niyə ayrıldı?

Azərbaycan millisinin voleybolçusu Yana Kulan Türkiyənin “Beylikdüzü” klubu ilə vidalaşıb.

 

Sportinfo.az xəbər verir ki, 31 yaşlı hücumçu müqaviləsi başa çatdığından yeni iş yeri axtarışındadı.

 

Artıq bir sıra təklifləri nəzərdən keçirən Kulan son qərarını bir neçə günə açıqlayacaq. Voleybolçumuzun yenidən Asiya “səyahətinə” çıxacağı bildirilir.

 

O, hazırda 2 ölkə arasında seçim edir. Yananın 2018/2019 mövsümünü Çində yaxud Yaponiyada çıxış edəcəyi dəqiqdi. Lakin təmsilçimiz seçim etməyə tələsmir.

 

Kulan Asiyada Cənubi Koreya və Çin çempionatlarında oynayıb. O, 2016-cı ildən Türkiyə Sultanlar Liqasında mübarizə aparırdı.

Tarix: 29 İyun 09:24    Oxunub: 246    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.