Kroos o qolu necə vurduğunu açıqladı: "Məsləhətləşdim və..."

Almaniya millisinin yarımmüdafəçisi Toni Kroos DÇ-2018-də İsveçə vurduğu qol haqda danışıb.

 

Sportinfo.az xəbər verir ki, o deyib ki, cərimə zərbəsini yerinə yetirəməzdən əvvəl komanda yoldaşı Marko Roysla məsləhətləşib:

 

“O dedi ki, topu birbaşa qapıya vurum. Cavab verdim ki, belə zərbə çətin ki, qolla nəticələnə. Ona görə də əvvəl Roys topa toxunub mənə ötürdü və uzaq küncə zərbə endirməklə gözəl qol alındı”.

 

Kroos 90+5-ci dəqiqədə cərimə zərbəsindən vurduğu qolla komandasına 2:1 hesablı qələbə qazandırıb.

Tarix: 25 İyun 20:12    Oxunub: 160    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyul 2018
18 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.