"Qətiyyətlə deyirəm, Messi Maradona deyil, çox utancaqdı"

Argentina millisinin sabiq üzvü Xuan Sebastyan Veron Dieqo Maradona və Lionel Messini müqayisə edib.

 

Sportinfo.az xəbər verir ki, veteran yarımmüdafiəçi Maradona ilə müqayisədə Messinin liderlik keyfiyyətinin olmadığını bildirib:

 

"Qətiyyətlə deyirəm ki, Messi Maradona deyil. Bunu hər iki futbolçu ilə bir komandada oynadığım üçün bilirəm.

 

Maradona hərəkətverici qüvvə idi. Hamı ona ümid edirdi. Messi isə çox utancaq oğlandır. Ona lider olmaq qismət deyilmiş. Bu, onun xarakterinə aiddir. Mən Messinin texniki bacarığına şübhə etmirəm".

 

Messi hazırda Rusiyada keçirilən dünya çempionatında zəif oyunu ilə yadda qalır. O, keçirilən iki oyunda nə qol vurub, nə də məhsuldar ötürmə edib.

Tarix: 25 İyun 20:00    Oxunub: 144    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.