Dünya çempionatlarında ən fərqli qələbəsini bayram edib - İngilislər

Rusiyada keçirilən dünya çempionatının qrup mərhələsinin ikinci turunda Panamaya 6:1 hesabıyla qalib gələn İngiltərə millisi bir sıra rekordlara imza atıb.

 

Sportinfo.az xəbər verir ki, Britaniya təmsilçisi ilk dəfə mundiallarda 6 qol vurub.

 

İngilislər əvvəllər bir oyunda ən çox 4 qola imza ata bilmişdilər. Bu ölkənin millisi həm də dünya çempionatlarında ən fərqli qələbəsini bayram edib. İlk yarını 5:0 hesabıyla başa vuran İngiltərə yığması DÇ tarixində bir matçın birinci hissəsində 5 qol vuran 5-ci komanda oldu.

 

Daha öncə 1954-cü ildə Avstriya (İsveçrə ilə oyunda), 1974-cü ildə Yuqoslaviya (Zair), 1974-cü ildə Polşa (Haiti) və 2014-cü ildə Almaniya (Braziliya) belə bir göstəriciyə imza atmışdı.

Tarix: 25 İyun 18:36    Oxunub: 365    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.