Türkiyənin məşhur futbolçusu millət vəkili seçildi

Türkiyədə keçirilən parlament seçkilərində Böyük Millət Məclisinin üzvü seçilənlər arasında ölkənin tanınmış idmançıları da var. 

 

Sportinfo.az xəbər verir ki, Türkiyənin məşhur futbolçusu, ölkə millisinin sabiq üzvü Alpay Özalan və motosikletçi Kenan Sofuoğlu millət vəkili seçiliblər. 

 

A.Özalanın və K.Sofuoğlunun namizədliyini hakim Ədalət və İnkişaf Partiyası (AKP) irəli sürüb. Keçmiş futbolçu İzmirdən millət vəkili seçilib. K.Sofuoğlu isə Böyük Millət Məclisində Sakaryanı təmsil edəcək. 

Tarix: 25 İyun 18:24    Oxunub: 446    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.