Messinin taleyi Cüneyt Çakıra tapşırıldı

Türkiyəli referi Cüneyt Çakır DÇ-2018-in qrup mərhələsində növbəti oyuna təyinat alıb.

 

Sportinfo.az xəbər verir ki, Çakır D qrupunda 3-cü tur çərçivəsində keçiriləcək Nigeriya - Argentina matçını idarə edəcək.

 

Ona Bahattın Duran və Tarık Ongun yardım edəcək. 4-cü hakim isə hollandiyalı Byörn Kyupers olacaq. Çakır DÇ-2018-də Mərakeş - İran matçının əsas, Rusiya - Misir görüşündə 4-cü hakim olub.

 

D qrupunda Xorvatiya 6 xalla qrup lideridir. Nigeriya 3 xalla 2-cidir. İslandiya və Argentinanın isə 1 xalı var.

Tarix: 25 İyun 17:36    Oxunub: 363    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.