"Qarabağ" Fransanın ən yaxşı futbolçusunu neçəyə aldı?

"Qarabağ" növbəti transferini rəsmən açıqlayıb.

 

Azərbaycan çempionu Abdullah Zubirin keçidini sosial şəbəkədə video şəklində paylaşıb.

 

26 yaşlı Mərakeş əsilli hücumameyilli yarımmdüfiəçinin müqavilə şərtləri açıqlanmayıb. Karyerası ərzində "Qrenobl", "İstra", "Hibernian" və "Petrolul" kimi komandalarda forma geyinən Zubirin son klubu Fransa "Lans"ı olub.

 

"Qarabağ" ölkəmizi Çempionlar Liqasında təmsil edəcək. "Köhlən atlar"ın ÇL-in 1-ci təsnifat mərhələsindəki rəqibi Sloveniya "Olimpiya"sıdı.


Zubir ötən mövsüm Liqa 2-nin ən yaxşı futbolçusu  seçilib. Bəzi mənbələr Ağdam təmsilçisinin on azad agent statusu ilə transfer eitdiyini yazır.

 

Belə deyil, əslində. Ərəb oyunçunun "Lans"la müqaviləsi gələn ilin iyununda başa çatır. Vaxtilə azərbaycanlı iş adamı Hafiz Məmmədovun sahibi olduğu fransız klubu onu "Qarabağ"a elə-belə buraxmayıb.

 

Çempionumuzdan 1 milyon avro təzminat istənilib. Danışıqların nəticəsində bu məbləğ 600 min avroyadək aşağı düşürüb və razılıq əldə olunub.

 

SPORTİNFO.AZ

Tarix: 25 İyun 16:24    Oxunub: 913    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyul 2018
18 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.