Argentinanı Nigeriya ilə oyuna Maskerano çıxaracaq!

DÇ-2018-də iştirak edən Argentina millisini Nigeriya ilə oyuna Xavyer Maskerano çıxaracaq.

 

Sportinfo.az xəbər verir ki, bu barədə məlumatı Argentinanın "La Nacion" nəşri yayıb.

 

Nəşrin yazdığına görə, Xorvatiyaya məğlubiyyətdən sonra (0:3) futbolçular baş məşqçi Xorxe Sampaolinin istefasını tələb ediblər. Narazılıqları nəzərə alan federasiya rəhbərliyi futbolçuların və Sampaolinin iştirakı ilə oteldə yığınacaq keçirib.

 

Lionel Messi başda olmaqla, futbolçular baş məşqçiyə güvənmədiklərini bildiriblər. Amma federasiya Sampaolini istefaya göndərəcəyi halda ona 20 milyon avro təzminat ödəməlidi.

 

Buna görə də qurum rəsmiləri futbolçuları Sampaolini formal olaraq postunda saxlamağa razı sala biliblər. Ancaq baş məşqçini heyət və taktika barədə qərar verməkdən məhrum ediblər.

 

Meydana çıxacaq start heyəti komandanın ən təcrübəli futbolçularından olan Maskerano müəyyənləşdirəcək. Sampaoli isə onun köməkçisi funksiyasını yerinə yetirəcək.

 

Argentina yer aldığı qrupda cəmi 1 xal toplayıb. Komanda qrupdan çıxmaq üçün Nigeriya ilə oyunda mütləq qələbə qazanmalıdı.

Tarix: 25 İyun 17:00    Oxunub: 469    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.