"Fikirlərini dəyişdilər, dedilər ki, biz "Neftçi"də qalmaq istəyirik"

Bu ilin sonuna qədər "Neftçi" ilə müqaviləsi olan Mayk Kampas və Lukas Qomes əvəzedici heyətə göndərilib. 

 

Bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.

 

Məlumatda bildirilir ki, növbəti mövsüm üçün baş məşqçi Roberto Bordinin əsas heyətdə düşünmədiyi futbolçularla hazırda danışıqlar davam edir. Bu müddətdə hər iki futbolçu əvəzedici komandada məşq edəcəklər.  


Mayk Kampaz hələlik Bakıdadı. Ötən həftə klub rəhbərliyi tərəfindən  məşqə buraxılmayan kolumbiyalı futbolçu problemi ilə bağlı “qafqazinfo”ya açıqlama verib.


Cənubi amerikalı yarımmüdafiəçi klub tərəfindən ona verilən evin və maşının əlindən alındığını bildirib. Kampaz hətta “Neftçi”ni FİFA-ya şikayət edə biləcəyini də istisna etməyib:

 

“Məni ikinci komandaya göndəriblər. Lukas Qomezlə birlikdə orda məşq etməliyəm və özümü göstərməliyəm. Bunu edəcəm və sonunu gözləyəcəm. Klub mənə ev vermişdi. Onu da əlimdən aldılar.

 

Maşınımı da götürüblər və vermirlər. Məni evsiz və maşınsız qoydular. Özüm hazırda oteldə qalıram. FİFA-ya şikayət edə bilərəm. Amma hazırda düşünürəm ki, biz qarışılıqlı razılığa gələ bilərik. Bunun üçün danışıqlar aparıram.

 

Mən və vəkilim məsələnin bu həddə çadırılmasını istəmirik. Bizə skandal lazım deyil. Çünki "Neftçi" məsələni sülh yolu ilə həll etməyə qadirdi.

 

Hətta mənə may ayının maaşını da verməyiblər. İyunu ayı başa çatır və biz keçən ayın pulunu almamışıq. Bu, doğru deyil. Müqaviləni pozmağım üçün təklif etdikləri məbləğ isə həddən artıq azdı”.


”Neftçi”nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Rüstəm Allahverdiyev isə əsl həqiqəti Sportinfo.az-a anlatdı.

 

O, klubun cənubi amerikalı legionerlər qarşısında götürdüyü bütün öhdəlikləri yerinə yetirir: ”Mövsüm bitəndən sonra biz bu futbolçularla əməkdaşlığa son qoymaq istəyirdik.

 

Fikrimiz bu idi ki, müəyyən təzminat qarşılığında müqaviləyə qarşılıqlı xitam verək. Onların bu ilin sonuna kimi bihzimlə müqaviləsinin olmasını bilirsiz. Beləcə hər ikisiylə danışıqlarımız başladı.

 

Menecerləri də bu prosesdə iştirak edirdi. Demək olar ki, bir çox məsələlər razılaşdırılmışdı. Hətta müəyyən təzminat qarşılığında müqaviləyə cxitam verilməsinə razılaşmışdılar. Lakin sonradan necə oldusa, bizə xəbər verdilər ki, biz fikrimizdən daşındıq, heç bir razılığa gəlmirik, müqaviləmizin sonunadək «Neftçi»də qalmaq istəyirik.

 

Bakıya gələcəklərini gözləmirdik. Çünki toplanış başlayan ərəfədə demiişdilər ki, ayrılmağa hazırıq. Bakı toplanışının son günündə isə bir də gördük ki, artıq hər ikisi burdadı. Yenə danışıqlar aparıldı və bu dəfə də heç bir razılığa gəlmək mümkün olmadı.

 

Onlar yeni baş məşqçimizin gələcəklə bağlı planlarına daxil deyil. Odu ki, istər Kampaza, istərsə də qomesə məlumat verdik ki, siz artıq əsas komanda üçün nəzərdə tutulmursuz və əvəzedici heyətə göndərilirsiz

 

Qaldı ev və maşın məsələsinə, onlar təzə gəlib və əvəzedici heyət yalnız bugündən məşqlərə başlayacaq.

 

Ev və maşın məsələsi ən qısa zamanda həllini tapacaq. Hər şey bu futbolçuların dediyi kimi deyil. Danışıqlar günü bu gün də davam edir. «Neftçi» onların müqaviləsində nəzərdə tutulan öhdəlikləri yerinə yetirir”. 

Tarix: 25 İyun 16:36    Oxunub: 779    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyul 2018
18 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.