"Neftç" ilə razılaşdı, müqaviləsinə qarşılıqlı xitam verildi

«Neftçi»dən ayrılan futbolçuların sırası yenə genişlənib.

 

Sportinfo.az xəbər verir ki, klubun rəsmi saytı bununlap bağlı yeni məlumat yayıb.

 

Bildirilir ki, Fransisko Qarsiya ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. "Qato" ləqəbli 26 yaşlı hücumçunun son klubu ölkəsində "Kerro Pertono" olub.

 

Qarsiya buranın öz yetirməsidi (2011). Bir il sonra Paraqvayda digər komandaya - «İndependiente»yə keçən yarımmüdafiəçi növbəti mövsümə «Sportivo Luqueño»da başlayıb.


2013-cü ilin ikinci yarısında doğma klubuna dönüb, gələn il isə «Deportivo Capiata»ya yollanıb. 2014-2016-cı illər aralığında üçüncü dəfə "Kerro Pertono"ya üz tutub,
 
2015-ci ildə ilk dəfə legioner həyatı yaşayb. Kolumbiyadan aldığı dəvəti dəyərləndirərək, «Atlético Huila»nın şərəfini qoruyub.
 
2016-cı ildə vətəninə – bu dəfə «Nasional»a dönən hücumçu ötən yay "Kerro Pertono"nun 4-cü çağırışını qəbul edib.


Paraqvaylının sözləşməsinin bitməsinə hələ 1 il qalırdı. O, ötən sezonun ilk yarısını boşa verib. Birinci 6 ayda oyun praktikası qazana bilməməsinin səbəbi baş məşqçi Leonel Alvarezlə münasibətlərinin pisləşməsi ilə izah olunurdu. «Neftçi»də isə onunku, sadəcə, tutmadı.

 

Tərlan Əhmədov özünün bəyəndiyi cənubi amerikalını demək olar oynatmadı. Yalnız ona görə yox ki, «Qato»nun ziddiyətli xarakterinə göz yuma bilmədi. Həm də ona görə ki, xroniki zədəsi varmış.

 

Çiynindən bir neçə dəfə əməliyyat olunmuş legioner əsas heyətə düşmək uğrunda rəqabət aparmağa hazır deyildi. Bu keçiddən kim qazandı, km itirdi?

 

Əlbəttə, «Neftçi» və Əhmədov qazanmadı. İrəli düşən Kamil Məmmədov oldu. Bəli, tanınmış dəllal və fırıldaqı, FİFA lisenziyalı menecer/»moşennik».

Tarix: 25 İyun 14:48    Oxunub: 646    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.