FİFA Almaniya yığmasının tərbiyəsiz rəsmilərinə qarşı iş açdı

FİFA Almaniya yığmasının rəsmi şəxslərinə qarşı intizam işi açıb.

 

Sportinfo.az xəbər verir ki, FİFA İsveçlə oyunda baş verən insidenti araşdıracaq.

 

İnsident qarşılaşmanın son dəqiqələrində, Almaniya yığması qələbə qolunu vurduqdan sonra baş vermişdi.

 

Almaniya yığmasının mətbuat katibi Ulrix Foyqt və menecer Georq Belau qələbə qolu vurulduqdan sonra İsveçin ehtiyat oyunçular skamyasında oturan şəxslərə qeyri-etik jest göstərmişdilər.

 

Qarşılaşmadan sonra Almaniya Futbol İttifaqı rəsmilərin tərbiyəsizliyinə görə üzr istəmişdi. Ancaq FİFA da məsələni araşdıraraq, intizam tədbiri görmək niyyətindədi. İyunun 24-də Soçidə keçirilən oyunda Almaniya 2:1 hesabı ilə qalib gəlib.

Tarix: 25 İyun 16:12    Oxunub: 410    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.