Salahın yığmadan ayrılacağı haqda xəbərə reaksiya: "Beıə şey yoxdu"

DÇ-2018-də iştirak edən Misir millisinin hücumçusu Məhəmməd Salahın yığmadan ayrılacağı haqda xəbər yayılmışdı.

 

Sportinfo.az xəbər verir ki, bununla bağlı RT telekanalına danışan milli komandanın informasiya şöbəsinin sədri Usama İsmayıl məlumatı təkzib edib:

 

“Belə bir şey yoxdu. Salah təlim bazasındadı və öz komanda yoldaşları ilə məşq edir. O, bütün oyunlarda iştirak edib və bununla bağlı heç bir açıqlama verməyib. Bilmirəm ki, CNN bu informasiyanı hardan əldə edib”.

 

CNN telekanalı Salahın Çeçenistan rəhbəri Ramzan Kadırovla görüşdən sonra Misir yığmasını tərk edəcəyi haqda xəbər yaymışdı.

Tarix: 25 İyun 16:00    Oxunub: 357    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyul 2018
18 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.